AZ

Litva Belarus və Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edib

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Litva Belarus və Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edib

Litva bəyan edib ki, o, Belarus və Rusiyaya qarşı sanksiyalar məsələsində sabit qalır və ABŞ-ın mümkün təzyiqinə baxmayaraq, gübrələrin tranzitinə qoyulan qadağanı ləğv etməyəcək.

Bu barədə Litva hökumətinin başçısı İnqa Ruqiniene LRT telekanalına verdiyi müsahibədə deyib.

Cümə günü, sentyabrın 12-də Litvanın baş naziri İnqa Ruqiniene bildirib ki, Rusiya və Belarusa qarşı sanksiya təzyiqləri azalmamalı, əksinə artırılmalıdır. Onun sözlərinə görə, ABŞ bu məsələdə təzyiq göstərsə belə, Vilnüs Belarus kalium gübrələrinin tranziti məsələsində israrlı qalacaq.

"Əgər biz daha da irəli getməsək və sanksiyalar və təcavüzkara sərt yanaşma ilə bağlı təzyiq göstərməsək, pis olacaq. Ola bilsin ki, ABŞ təzyiq göstərəcək, amma məncə, biz burada dönməzik", - Ruqinienye bildirib.

İnqa Ruqinienye vurğuladı ki, o, Belarus və Rusiyaya qarşı sanksiyaların yumşaldılması ideyasını dəstəkləmir və hesab edir ki, növbəti paket daha da sərt olmalıdır.

Sanksiya siyasəti ilə Amerika qoşunlarının Litvada davam etdirilməsi ilə bağlı ABŞ-la danışıqlar arasında mümkün əlaqə barədə suala Ruqinienye qeyd edib: “Əlbəttə, bu barədə danışa bilərik”.

Litvanın baş nazirinin bəyanatı Vaşinqton və Minsk arasında münasibətlərdə son diplomatik dəyişikliklər fonunda verilib.

Belə ki, sentyabrın 11-də ABŞ prezidentinin xüsusi nümayəndəsinin müavini Con Koul Minskdə Aleksandr Lukaşenko ilə görüşündə Belarusun Belavia aviaşirkətinə qarşı sanksiyaların ləğvini təsdiqləyib.

Eyni zamanda, Lukaşenko daha əvvəl bəyan etmişdi ki, onun əsas məqsədi Belarus kalium gübrələrinin ixracına Amerika məhdudiyyətlərinin ləğvi olaraq qalır. Onların ixracı üçün ən qısa yol Litvanın Klaypeda limanından keçir, lakin bu tranzit Aİ sanksiyaları ilə bağlanıb.

Litva ardıcıl olaraq onların qorunub saxlanmasının tərəfdarıdır və vurğulayır ki, Minsk və Moskvaya iqtisadi təzyiq təcavüzkarlara əsas təsir aləti olaraq qalır.

Əziz MUSTAFA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
oxumeni.az

2Mənbələr