BAKI, TurkicWorld, Fərid Mikayılov
Türkiyənin Səhiyyə naziri Kemal Məmişoğlu, AK Partiya tərəfindən Canik Mədəniyyət Mərkəzində təşkil olunan “Türkiyə Əsri Görüşləri” proqramında çıxış edərək, ölkənin səhiyyə sahəsindəki nailiyyətlərini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Məmişoğlubildirib ki, Türkiyə yalnız ən yaxşı səhiyyə xidmətini göstərmir, eyni zamanda bu sahədə texnologiya və elmi inkişafları ilə dünyaya yeni nailiyyətlər təqdim edəcək gücə malikdir. O, bunun üçün iradəyə sahib bir iqtidarın fəaliyyət göstərdiyini qeyd edib.
Nazir çıxışında həmçinin ölkənin inkişafı və xalqın rifahı üçün gecə-gündüz çalışdıqlarını vurğulayıb: “Xalqımıza xidmət üçün çalışırıq. Dünyaya yeni şeylər təqdim edəcəyik, buna gücümüz çatır.”
Məmişoğluəlavə edib ki, Türkiyənin dünya səhnəsində təsirli gücə çevrilməsi və sülh mədəniyyətinin hakim olması üçün bütün sahələrdə, o cümlədən səhiyyə və müdafiə sənayesində fəaliyyət göstərirlər.
Proqrama TBMM Plan və Büdcə Komissiyası sədri və AK Partiya Samsun millət vəkili Mehmet Muş, AK Partiya Samsun millət vəkilləri Çiğdem Karaaslan, Orhan Kırcalı və Ersan Aksu, Samsun Böyükşəhər Bələdiyyə başçısı Halit Doğan, AK Partiya İl başçısı Mehmet Köse və MHP İl başçısı Burhan Mucur da qatılıb.