AZ

Qlobal Cənub QHT Platforması üzvləri onlayn görüş keçirib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

2025-ci il sentyabrın 12-də Qlobal Cənub QHT Platforması BMT-nin elan etdiyi “Cənub–Cənub Əməkdaşlığı Günü” münasibətilə onlayn görüş keçirib.

APA xəbər verir ki, görüşdə Qlobal Cənub ölkərindən 70-dən artıq QHT-dən təmsilçilər iştirak ediblər.

Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli bildirib ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etmək üçün “Cənub–Cənub Əməkdaşlığı”na xüsusi yer ayırmalıdır. O, deyib ki, cəmi bir neçə aydır fəaliyyətə başlamasına baxmayaraq, artıq Platforma güclü beynəlxalq nüfuz qazanmağa başlayıb. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib 2025-ci il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasını alqışladığını açıqlayıb və bu təşəbbüsünü yüksək qiymətləndirib.

O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə bu günlərdə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası iştirakçılarına müraciətində Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis olunmasını təqdir etməsi minnətdarlıqla qarşılanıb.

Görüşdə BMT-də islahatların aparılması, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə Qlobal Cənub ölkələrindən olan QHT-lər arasında həmrəyliyin gücləndirilməsi, onların koordinasiyalı fəaliyyətinin vacibliyi qeyd olunub.

Platforma Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətinin səsini ifadə edir, onların beynəlxalq qərarvermə proseslərində rəyinin nəzərə alınması üçün əzmkarlıqla çalışır.

Tədbir zamanı Qlobal Cənub QHT Platformasının Baş Katibliyi adından videomüraciət də yayımlanıb:

www.facebook.com/reel/1264057655407603

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
apa.az

6Mənbələr