AZ

Riko Lyuis “Mançester Siti” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə İngiltərə milli komandasının sağ cinah müdafiəçisi Riko Lyuis “Mançester Siti” ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir.

20 yaşlı müdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2028-ci ilin iyununadək qüvvədə idi.

Riko Lyuis “Mançester Siti”nin öz yetirməsidir. O, bu klubun U-18, U-19 və gənclərdən ibarət kollektivlərindəki uğurlu çıxışı sayəsində 2022-ci ildən əsas komandaya cəlb olunub.

Lyuis “şəhərlilər”in əsas komandasının heyətində 97 oyuna çıxıb, 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

İngiltərənin U-16, U-18, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2023-cü ildə əsas millidə debüt edib. O, İngiltərə yığmasında indiyə qədər 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
31
10
arena.az

10Mənbələr