London “Arsenal”ı İngiltərə Premyer Liqasının IV turunda “Nottingem Forest” üzərində inamlı qələbə qazanıb.
İdman.biz xəbər verir ki, “Emirates” stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.
İngiltərə Premyer Liqası
IV tur
13 sentyabr (şənbə)
15:30. Arsenal (London) – Nottingem Forest – 3:0
Qollar: Subimendi (32, 79), Dyekereş (46).
Matçın qəhrəmanı Martin Subimendi olub – o, iki dəfə fərqlənib (32 və 79-cu dəqiqələr). Daha bir qolu isə Viktor Dyekereş (46) vurub. Ebereçi Eze qol ötürməsi ilə yadda qalıb.
Birinci hissədə zədələnən Martin Edegor oyunu vaxtından əvvəl tərk edib.
Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” 10 xal toplayaraq müvəqqəti olaraq İngiltərə çempionatının lideridir. Angelos Postekoglu ilə ilk oyununa çıxan “Nottingem Forest” isə 4 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Arsenal” sentyabrın 21-də “Mançester Siti”ni qəbul edəcək, “Nottinqem Forest” isə bir gün əvvəl səfərdə “Bernli” ilə üz-üzə gələcək.
İdman.biz