Misli Premyer Liqasının IV turu çərçivəsində keçirilən “İmişli” – “Sumqayıt” matçında ev sahibi komanda əsasnaməni pozub.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi ikinci hissə 22 nömrəli futbolçu İbrahim Əliyevi meydana buraxıb. Ancaq oyunçunun adı matçdan öncə təqdim edilən protokolda yoxdur. Bu halda isə komanda texnkii məğlubiyytlə üzləşə bilər.
Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi qərar verəcək.