AZ

Arne Slot “Liverpul”un böyükhəcmli transfer xərclərinə münasibət bildirib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu, bizim istifadə etdiyimiz modeldir. Futbolçunu seçirik və onu komandada görmək istəyirik. Əgər qiymət bizi qane edirsə, tərəddüd etmirik".

İdman.biz xəbərverir ki, bunu “Liverpul”un baş məşqçisi Arne Slot klubun böyükhəcmli transfer xərclərini şərh edərkən deyib.

Mütəxəssis qazanılan pulların mənbəyindən də danışıb: "Bu pulları oyunçu satışlarından və liqa qələbələrindən əldə edirik – əvvəllər demək olar ki, heç nə xərcləməmişdik”, – deyə o bildirib.

Qeyd edək ki, “Liverpul” yay transfer pəncərəsində yeni futbolçulara ümumilikdə 484 milyon avro sərf edib. Aleksander İsak 145 milyon, Florian Virtz 125 milyon, Hyugo Ekitike isə 95 milyon avroya başa gəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
icma.az

2Mənbələr