Türkiyə, İran və İraq liderləri sentyabrın 15-də Dohada keçiriləcək ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcəklər.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
O bildirib ki, Pezeşkian bazar ertəsi Qətərin paytaxtına yola düşəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 14-ü Qətərə rəsmi səfər edəcəyi ilə bağlı məlumat yayılıb.