AZ

Mən onunla danışdım və dedim: “Sənin vaxtın var”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarla bağlı mövqeyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Neymarla şəxsi söhbətində ona milliyə çağırılmamasının səbəblərini izah etdiyini bildirib:

“Neymar optimal formada olsa, heç bir çətinlik olmadan millinin heyətində yer alacaq.

Mən onunla danışdım və dedim: “Sənin vaxtın var, bərpa ol və mundialda yığmaya maksimum fayda ver”.

Ançelotti DÇ-2026-nın seçmə mərhələ oyunlarına Neymarı çağırmamışdı. Futbolçu isə bunun zədəsi ilə bağlı olmadığını, sırf məşqçinin qərarı olduğunu və ona hörmətlə yanaşdığını vurğulamışdı.

“Santos”da çıxış edən 33 yaşlı hücumçu bu mövsüm 20 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Seçilən
25
sportinfo.az

1Mənbələr