AZ

"İmişli" qaydanı pozdu - Texniki məğlubiyyət alacaq

Hazırda davam edən "İmişli" - "Sumqayıt" oyununun nəticəsi dəyişəcək. 

Fanat.Az-ın məlumatına görə, buna səbəb meydan sahibi statusunda çıxış edən Mərkəzi Aran təmsilçisinin qaydaları pozmasıdır. 

Belə ki, "İmişli"də 67-ci dəqiqədə edilən əvəzetmə zamanı meydana adı protokolda olmayan futbolçu daxil edilib. Ezekiel Morqanın yerinə oyuna qoşulan İbrahim Əliyevin adı protokolda olmayıb.
Büləliklə, görüşün nəticəsindən asılı olmayaraq, "İmişli"yə texniki məğlubiyyət veriləcək. 

Mirağa

Seçilən
17
10
fanat.az

10Mənbələr