Ukrayna prezidenti Volodimir Zelenski Rusiya dronları ilə mübarizədə Kiyevin maliyyə problemi ilə üzləşdiyini bildirib.
Hafta.az xəbər verir ki, o özünün “X” hesabında bu barədə danışıb.
“800 “Şahed” dronu ilə mübarizə aparmaq üçün bizə 1600 dron lazımdır. Bunların birinin qiyməti isə 3000 avrodur. Rusiyanın dron hücumlarının qarşısını almaq üçün simmetrik cavab verməliyik. Bizim uzaqmənzilli potensialımız var, amma maliyyə problemi ilə üz-üzəyik. Sürətli həll yolları lazımdır və bu yollar mövcuddur. Çünki, onlar sabah yeni silah əldə edəcəklər. Eyni problem dron, artilleriya və helikopterlər barədə də var. Onlar sadəcə Çin tərəfindən yox, həm də digər Asiya və Avropa ölkələri tərəfindən təmin olunur. Onların çoxu Rusiya müharibəyə başlamamışdan əvvəl çatıdırlıb. Bu cihazları uzaq məsafədən dayandırmaq üçün rəqəmsal vasitələr var. Bu, mümkündür” - Zelenski qeyd edib.
Ukrayna prezidenti həmçinin digər bir paylaşımında Rusiya-Ukrayna sammitinin texniki komandalar yox, liderlər səviyyəsində keçirilməli olduğunu deyib:
“ABŞ Rusiyanı dialoqa məcbur edə bilər. İstənilən formatda liderlərin görüşün baş tuta bilər. Əsas məsələ ölümləri dayandırmaqdır. Biz prezident Trampın təklifi üçün razıyıq. Görüş üçtərəfli, sonra isə ikitərəfli formatda, və ya əksinə keçirilə bilər. Amma yalnız liderlər arasında, “texniki komandalar” arasında yox”.