Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəXırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınbaş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və XüsusiRiskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınıniyirmibirmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşənmənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğıngenişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 kv.m olan üçotaqlı mənzilinzalı 20 kv.m sahədə yanıb.
Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsindəbina sakinləri təxliyə olunub.