U-15 millimiz sentyabrın 19-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yığmamız toplanış çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Matçların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili nəzərdə tutulur. Qarşılaşmaların saat 16.00-da başlanması planlaşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta