AZ

“Lazım olan tapşırıqları almışıq, bizim də öz məqsədimiz var”

“Qəbələ”nin “Karvan-Yevlax” matçını izləmişdim. Dinamik və sərt komanda olduğunu deyə bilərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Emanuel Hakman deyib.

Bölgə təmsilçilərinin paytaxtda baş tutacaq qarşılaşmasının gərginliyi ilə yadda qalacağına şübhə yoxdur.

Kaxaber Tsxadadze ilə Kurban Berdıyevin Premyer Liqada ilk dəfə üz-üzə gəlməsi matça intriqanı artıracaqsa, digər səbəb qəbələlilərin 3 turda qalib gələ bilməməsidir.

Toqodan olan futbolçu

“Çempionatda yeni başlayıb, komandalar bir-birini yaxından tanımır. Ona görə də matçın gedişində ortaya müəyyən problemlər çıxır.

Baş məşqçimizdən “Qəbələ” ilə bağlı lazım olan məlumatları almışıq. Oyunda tapşırıqlara uyğun hərəkət edəcəyik. Əsas odur ki, “Neftçi” üzərindəki qələbədən sonra kollektivdə sağlam ab-hava var.

Dediyim kimi, hərəkətli komandadır, mübarizə aparır, qol vurur. Bizim də öz məqsədimiz var. Meydana yalnız və yalnız qələbə niyyəti ilə çıxacağıq”.

Sentyabrın 13-də “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

HƏBİB

Seçilən
20
sportinfo.az

1Mənbələr