Kriştiano Ronaldo möhtəşəm karyerasında növbəti dəfə fərqləndirilib. “Əl-Nəssr”in hücumçusu futbol tarixinin ən yaxşı oyunçusu seçilib.
Portuqaliya yığmasının 40 yaşlı forvardı bu ada yerli Primeyra Liqası tərəfindən layiq görüb. Liqanın rəsmi bəyanatında Kriştianonun yaşıl meydandakı yorulmaz fəaliyyəti ilə yeni bir dövrə start verdiyi və dünya futbolunda silinməz iz buraxdığı deyilir.
Mərasimdə ulduz futbolçunun özü iştirak etməsə də, təşkilatçılar onun mükafatla birlikdə dayanaraq nitq söylədiyi videonu nümayiş etdiriblər.
Qeyd edək ki, Ronaldo “Qızıl top”un beşqat qalibidi. Bundan əlavə, o, futbol tarixində qol sayına görə rekordçudu (943 qol).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta