AZ

"Heç nə olmamış kimi yolumuza davam edəcəyik" -Jorje Kaşkilya

Misli Premyer Liqasının 4-cü turu çərşivəsində keçirilən matçdan sonra “İmişli”nin baş məşqçisi Jorje Kaşkilya oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, mütəxəssis matçla bağlı belə danışıb:

"Sizi bir qədər gözlətdiyimə görə hər birimizdən üzr istəyirəm. Paltardəyişmə otağında müzakirə uzandığı üçün bir qədər yubandım. 
Çətin və bərabər oyun alındı. Düzgün oynamağa çalışdıq. İkinci hissədə qələbə topunu vura bildik. "Sumqayıt"ın hücum xətti çox güclüdür. Çalışdıq ki, onlara epizod verməyək. Sadəcə, düşüncəsizliyimizin güdazına getdik. Şəraitdən narazı olmağımla bağlı suala gəlincə, mən meydanda olanlarla, hər şeyə rəğmən komandamın 7 xal qazanması barədə ürəklə danışa bilərəm. Qalan suallara admimistrasiya cavab versə, daha uyğun olar. 
Peşəkaram, futbolçularım da həmçinin. Növbəti oyunlara köklənməyə və heç nə olmamış kimi yolumuza davam edəcəyik".

Seçilən
22
1
fanat.az

2Mənbələr