AZ

25 milyon dollarlıq miras davası Qızını varislikdən çıxardı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikanın məşhur güləş əfsanəsi Halk Hoqan (əsl adı Terri Bolea) vəsiyyəti ilə həm ailəsini, həm də ictimaiyyəti təəccübləndirib. 

Qaynarinfo xəbər verir ki, iyul ayında 71 yaşında vəfat edən Hoqan 25 milyon dollarlıq sərvətindən qızı Bruk Hoqana heç bir pay verməyib.

Hoqan ilk vəsiyyətini 2016-cı ildə imzalamışdı. Lakin 2023-cü ildə hazırladığı son sənəddə böyük dəyişiklik edərək 37 yaşlı realiti şou ulduzu və müğənni Bruk Hoqanın adını siyahıdan çıxarıb.

Sənəddə açıq şəkildə qeyd olunub: "Heç bir halda Bruk E. Bolea və ya onun nəsli mənim vəsiyyətimdən faydalanmayacaq. Övladlarıma və ya nəsil xəttimə dair istinadlar Bruk E. Boleanı və onun nəsilini əhatə etməyəcək".

Eyni zamanda Brukun və ailəsinin mirasın idarə edilməsində hər hansı bir nümayəndəlik haqqı olmayacağı da vurğulanıb.

Hoqanın sərvətinin təxminən 25 milyon dollar olduğu bildirilir. Bu qərarın ailə içində hansı reaksiyalara səbəb olduğu müzakirə edilərkən Bruk Hoganın açıqlaması diqqət çəkib.

TMZ-yə danışan Bruk, atasının qərarını təmkinlə qarşıladığını bildirib: "Atamın qərarı mənim üçün sürpriz deyil. Bu, mənim də istədiyim bir şey idi. Heç bir peşmanlığım yoxdur. Atam uzun müddətdir mənim öz ayaqlarım üzərində dayandığımı bilir. Onun puluna ehtiyac duymadan həyatımı qurmuşam".

Bu açıqlama ailə daxilində mümkün böhran ehtimalını azaltsa da, Hoqanın vəsiyyəti ətrafındakı marağı daha da artırıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr