25 nəfərdən ibarət alpinist qrupu Elbrusda kanat yolunun qırılması nəticəsində dələyə düşüb.
Bizim.Media xəbər verir ki, onların əşyaları kanat yolunun kabinələrində qalıb və həmin kabinələr möhürlənib.
Məlumata görə, qrupda 25 nəfər təcrübəsiz alpinistlər var və onlar Elbrus dağına ilk dəfə çıxırar. Qrupda həmçinin Başqırdıstan və Tatarıstandan turistlər, həmçinin 3 belaruslu var.
Hadisə baş verdikdən sonra bələdçilər qrup üzvlərinə özləri geri enməmələrini bildiriblər — insanlar vagonlarda gecələyib və yardım gözləyiblər. Nəhayət, qrup daha təhlükəsiz hündürlüyə "Kamaz" maşınları ilə endirilib.
Həmin insanlar arasında xəsarət alan yoxdur.
Bizim.Media