AZ

Bundesliqa: Dortmundun “Borussiya” klubu səfərdə qələbə qazanıb

ain.az bildirir, Azertag portalına istinadən.

Berlin, 13 sentyabr, AZƏRTAC

Dortmundun “Borussiya” klubu Bundesliqanın üçüncü turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Dortmund təmsilçisi görüşdə 2:0 hesablı qələbə qazanıb.

İlk iki turda qalib gələn “Köln” üçüncü turda xal itirib. Komanda çətin “Volfsburq” səfərində heç-heçə edib - 3:3. Paytaxt təmsilçisi “Union Berlin” öz meydanında “Hoffenhaym”a məğlub olub - 2:4. “Leypsiq” səfərdə “Mayns” üzərində minimal hesablı qələbə qazanıb - 1:0. “Frayburq” isə doğma divarlar arasında “Ştutqart”a 3:1 hesabı ilə qalib gəlib. Günün sonuncu görüşündə “Bavariya” Münxendə “Hamburq”u qəbul edəcək.

Bundesliqanın üçüncü turuna bazar günü oynanılaycaq “Sankt Pauli” - “Ausqburq” və “Borussiya” (Mönxenqladbax) - “Verder” (Bremen) görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, üçüncü turun ilk görüşündə Leverkuzenin “Bayer” komandası öz meydanında Frankfurtun “Ayntraxt” klubuna qalib gəlib - 3:1.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
6
azertag.az

7Mənbələr