BAKI, 13 sentyabr. TELEQRAF
Polşa qırıcı təyyarələrini havaya qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Polşa sərhədinə bilavasitə bitişik olan Ukrayna bölgələrində pilotsuz uçuş aparatlarının (PUA) aktivliyinin aşkar edilməsi ilə əlaqədar olaraq, Polşa hava məkanında hərbi aviasiya ilə əməliyyat həyata keçirilir", - qurumun bəyanatında deyilir.
Əməliyyatda həm Polşa, həm də NATO aviasiyasına məxsus təyyarələrin iştirak etdiyi bildirilir.
Eyni zamanda, yerüstü hava hücumundan müdafiə kompleksləri və radiolokasiya sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.