AZ

“Borussiya” səfərdə qələbə qazandı

Dortmundun “Borussiya” klubu Bundesliqanın üçüncü turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, Dortmund təmsilçisi görüşdə 2:0 hesablı qələbə qazanıb.

İlk iki turda qalib gələn “Köln” üçüncü turda xal itirib. Komanda çətin “Volfsburq” səfərində heç-heçə edib - 3:3. Paytaxt təmsilçisi “Union Berlin” öz meydanında “Hoffenhaym”a məğlub olub - 2:4. “Leypsiq” səfərdə “Mayns” üzərində minimal hesablı qələbə qazanıb - 1:0. “Frayburq” isə doğma divarlar arasında “Ştutqart”a 3:1 hesabı ilə qalib gəlib. Günün sonuncu görüşündə “Bavariya” Münxendə “Hamburq”u qəbul edəcək.

Bundesliqanın üçüncü turuna bazar günü oynanılaycaq “Sankt Pauli” - “Ausqburq” və “Borussiya” (Mönxenqladbax) - “Verder” (Bremen) görüşləri ilə yekun vurulacaq.

Seçilən
2
6
publika.az

7Mənbələr