Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciətedib.
Trend xəbər verir ki, dövlətbaşçısı Avropa ölkələrinə səslənərək vurğulayıb ki, yalnızsanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.
“Mən bütün tərəfdaşlarımıza müraciət edirəm: artıq yenisanksiyaların tətbiqinə mane olacaq bəhanələr axtarmaqdan imtinaedin. Əgər kimsə bu müharibənin bitməsini istəyirsə, Rusiya hərbimaşınının qarşısını almaq üçün vacib addımlar atmalıdır. BizABŞ-dən daha qəti addımlar, güclü sanksiya və tarif siyasətigözləyirik. Elə bir siyasət ki, bütün dünya üçün ciddi arqumentolsun", - Zelenski qeyd edib.