AZ

“Titanik”in sərnişinləri sağ qala bilərmiş İDDİA

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“Kaliforniya” “Titanik”i xilas etmək üçün heç nə etməyib

Əfsanəvi “Titanik”in sərnişinləri gəminin aysberqlə ölümcül toqquşmasından sağ çıxa bilərmişlər. AYNA.AZ xəbər verir ki, bu, London Universitet Kollecində (UCL) tarix təhsili almış keçmiş hüquqşünas, indi isə məşhur komediya ustası Pol Koulterin fikridir.

O fikirlərini Britaniyanın Mirror resursu ilə bölüşüb. Onun sözlərinə görə, “Titanik” sərnişinlərinin taleyini fəlakət yerindən cəmi 8 mil (təxminən 13 km) aralıda olan “Kaliforniya” adlı başqa bir gəmi kökündən dəyişə bilərmiş.

““Titanik”in bütün cəhdlərinə - radio siqnallarına, səkkiz mil uzaqlıqdakı gəmiyə xəbər göndərməsinə baxmayaraq, bu gəmi “Titanik”i xilas etmək üçün heç nə etməyib”, - deyə bildirib.

Tarixçinin fikrincə, səbəb kifayət qədər bayağıdır: “Kaliforniya”nın kapitanı yatırmış.

"O gecə ərzində iki dəfə siqnalla oyanıb, lakin göyərtəyə çıxmayıb, baş verənlərlə maraqlanmayıb və kabinəsində qalıb", - deyə tarixçi qeyd edib.

Xatırladaq ki, 1912-ci il aprelin 15-nə keçən gecə “Titanik” batıb. Gəmi Atlantik okeanının sularında aysberqlə toqquşub. Nəticədə 1496 nəfər ölüb.

Maraqlıdır ki, faciədən bir gün əvvəl “Titanik” Atlantik okeanını keçən müxtəlif gəmilərdən aysberqlərlə bağlı 7 xəbərdarlıq alıb. Amma gəminin qarşısında aysberq göründüyü zaman bütün cəhdlərə baxmayaraq, gəmini aysberqdən uzaqlaşdırmaq mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
ayna.az

1Mənbələr