Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.
S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, işdən azad olunub.
S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib.
Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.