AZ

"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi

style='margin-bottom:10px;'>

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 4-cü turunda “Sumqayıt”la oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

“Jurnalistlərdən gecikdiyim üçün üzr istəyirəm. Güclü rəqibə qarşı oynadıq. Meydança pis vəziyyətdə idi. Komandamın qol vurub qalib gəlməsi ilə qürur duyuram. Bizim işimiz qələbə ilə nəticələndi.

Texniki məğlubiyyət məsələsinə gəlincə, komandam xal qazanır və mən onları çempion kimi görürəm. Təəssüf ki, yağış səbəbindən meydança yararsız hala düşür. Amma biz peşəkar komandayıq və çətinliklərin öhdəsindən gələcəyik. Növbəti oyuna hazır olacağıq”.

Həmçinin oxuyun: “İmişli”yə texniki məğlubiyyət veriləcək

Seçilən
65
teleqraf.com

1Mənbələr