AZ

“Alibaba” şirkəti 3,2 milyard dollar cəlb edərək rekorda imza atıb

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Alibaba Group Holding” Çinin texnologiya nəhəngləri arasında vəsait toplamaq üzrə liderlik edir. Buna səbəb süni intellekt sahəsində artan rəqabət fonunda şirkətin kapitala tələbatının yüksəlməsidir.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, şirkət sıfır kuponlu konvertasiya olunan istiqrazların buraxılışı çərçivəsində 3,17 milyard dollar toplamağı planlaşdırır. Bu, ilin ən iri yatırımı olacaq. Müqavilə şərtlərinə görə, 2032-ci ildə Çin şirkətinin ödəniş müddəti başa çatan istiqrazları ABŞ-a depozitar konvertasiya olunacaq.

Çinin texnologiya nəhəngləri nağd vəsaitə can atır. Bu isə milyardlarla dollar yatırılan bulud texnologiyaları, süni intellekt və hətta qida çatdırılması sahələrinə kəskin rəqabətin göstəricisidir.

Həftənin əvvəlində başqa bir Çin texnologiya şirkəti olan “Baidu Inc.” Dim Sum istiqrazlarının yerləşdirilməsi nəticəsində 4,4 milyard yuan (618 milyon dollar) cəlb edib. Mart ayında isə 10 milyard yuanlıq istiqraz buraxılışı həyata keçirib. “Tencent Holdings Ltd.” ilk dəfə dörd ilin borc öhdəliklərinin ictimaiyyətə açıqlanmasını nəzərdən keçirir və bu ay artıq ofşor istiqrazlarının satışını planlaşdırır. “Meituan” şirkəti də Dim Sum istiqrazlarının yerləşdirilməsini araşdırır.

Şərtlərə görə, “Alibaba”nın konvertasiya olunan istiqrazlarından əldə olunan vəsait məlumat emalı mərkəzlərinin genişləndirilməsinə, texnologiyaların modernləşdirilməsinə və beynəlxalq kommersiya əməliyyatlarının genişlənməsinə yönəldiləcək.

“”Alibaba” uzunmüddətli strategiya yürüdür, ucuz kapital cəlb edir və artıma üstünlük verir. Bu sərmayələrin gəlir artımını necə sürətləndirəcəyini görmək maraqlı olacaq”, – deyə “Yan Yun Family Office” şirkətinin birinci vitse-prezidenti Ravi Vonq bildirib.

Kapitalın cəlbi qlobal süni intellekt yarışının daha da qızışdığını göstərir. “Nvidia” şirkətinin tərəfdaşı olan “TSMC” avqustda satışların əhəmiyyətli artdığını açıqlayıb. “Oracle Corp.” isə bulud biznesi üçün iddialı proqnoz təqdim edib. Keçən həftə “OpenAI”dən ümumi dəyəri 10 milyard dollardan artıq böyük sifariş alması ilə bağlı xəbərlərdən sonra “Broadcom Inc.” şirkrətinin səhmlərinin dəyəri kəskin artıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
6
yeniazerbaycan.com

7Mənbələr