Bakıda "Elux" restoranında keçirilən toy məclisində dava-dalaş edən şəxslər saxlanılıblar.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, saxlanılan şəxslərdən biri barəsində həbs qərarı verilib.
Aparılan araşdırma ilə müəyyənləşib ki, dava zamanı 1982-ci ildə İmişli rayonunda anadan olmuş C.V. polisin işinə qarışaraq, onların xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradıb.