AZ

Aeroportdan şəhərə taksi qiymətləri necə dəyişəcək? - AÇIQLAMA

"Ola bilər ki, gələcəkdə Bakı hava limanından şəhərə taksi xidmətlərinin qiyməti 20 manatdan da aşağı ensin. Daşıyıcı şirkətlər interval sıxlığını nəzərə alaraq qiymətləri bundan da aşağı sala bilərlər. Rəqabət məqsədini və minimal qiyməti keçməmək şərti ilə müəyyən güzəştlər oluna bilər". Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, sərnişin hava limanından taksi xidməti üçün 50 manat da ödəniş edə bilər, amma:

"Bu, məsafədən asılıdır, baxır hansı istiqamətə gedir. Uzaq məsafələrə 25 manata aparmayacaqlar ki. Belə bir şey yoxdur. Bu gün kim deyə bilər ki, hava limanından Bayıla 20 manata gəlmişəm? Bu qeyri-mümkündür. İndi də qiymətlər aşağı-yuxarı 23-25 manat arasındadır, gediş qiyməti məsafədən asılıdır. Əsas odur ki, ödəniş rəsmidir, qeyri-rəsmi ödəniş yoxdur".

Elməddin Muradlı deyib ki, bütün taksi şirkətlərinə hava limanına daxil olmağa icazə verilib:

"Hər bir şirkət 100-ə yaxın taksi göndərib. Hətta sərnişin təyyarədə olanda belə taksi sifariş edə bilər. Bu günə kimi kim necə gəldi qiymət təyin edirdi, indisə qiymətlər tənzimlənib, 20-25 manatdan söhbət gedir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, taksi xidməti dəyişən tarifdir:

"Tələb və təklifə əsaslanan məsələdir. Əgər tələb olmayacaqsa, qiymətlər enəcək, tələb artdıqca isə qiymətlər enəcək. Taksi xidməti vətəndaşlar üçün əlçatan olmalıdır. Eyni zamanda taksi də qazanmalıdır. Qiymət nə yüksək, nə də ucuz olmalıdır. Bir balans olmalıdır. Bunu da dəyişən tarif tələb və təklif əsasında özü yaradır. Mən bu gün hava limanından gələn bütün taksi xidmətlərinin qiymətinə baxmışam. Qiymətlər 17-21-24 manat arasında dəyişir. Bundan yuxarı qiymət görmədim".

Seçilən
31
avtosfer.az

1Mənbələr