“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger dünən baş tutan məşq zamanı zədələnib.
Fanat.Az İspaniyalı jurnalist Arança Rodrigezə istinadən xəbər verir ki, futbolçunun durumu ciddidir.
Almaniyalı müdafiəçi ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu vəziyyət “Real Madrid”in müdafiə xətti üçün böyük itki hesab olunur.