Bu gün San-Marino Respublikasının Mizano-Adriatiko şəhərində mövsümün 16-cı mərhələsi olan MotoGP üzrə San-Marino Qran-prisinin sprint yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı italiyalı pilot Marko Bedzekki (“Aprilia”) finiş xəttini birinci keçərək qələbə qazanıb. İkinci yeri ispan idmançı Aleks Markes (“Ducati”), üçüncü yeri isə daha bir italiyalı — Fabio Di Kannantonio (“Ducati”) tutub.
Mövsümün lideri Mark Markes (“Ducati”) yarışı 4-cü yerdən başlayaraq 6-cı dövrədə liderliyi ələ alıb. Lakin dərhal sonra qəzaya uğrayaraq mübarizəni dayandırıb. İspan pilotun yıxılması tribunadakı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
Yarışın nəticələri (14 dövrə):
Marko Bedzekki (“Aprilia”)
Aleks Markes (“Ducati”) +1.000
Fabio Di Cannantonio (“Ducati”) +2.551
Franko Morbidelli (“Ducati”) +3.526
Pedro Akosta (“KTM”) +6.834
Fermin Aldeger (“Ducati”) +6.960
Luka Marini (“Honda”) +9.307
Xorxe Martin (“Aprilia”) +11.027
Raul Fernandes (“Aprilia”) +11.594
Enea Bastyanini (“KTM”) +12.928