İspaniyanın paytaxtı Madridin Vallecas bölgəsində yerləşən kafedə partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bildirilib baş vermiş partlayış nəticəsində 21 nəfər xəsarət alıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır.
Hadisə yerinə təcili yardım və yanğınsöndürmə xidmətləri cəlb olunub. Partlayış yerli vaxtla saat 15:00-da baş verib və səbəbi hələlik məlum deyil.