AZ

"İmişli" "Sumqayıt"a, "Turan Tovuz" "Qəbələ"yə qalib gəldi - YENİLƏNİB

Dünən keçirilən oyunlarla Misli premyer-liqasında 4-cü tura start verildi. Növbə bu gün və sabah olacaq oyunlardan bəhs etməkdədi.

Əvvəlcədən bildirək ki, matçları “CBC Sport” canlı yayınlayacaq.

Misli premyer-liqası
1-ci dövrə, 4-cü tur
13 sentyabr
İmişli – Sumqayıt 1:0

Mehdi Cənnətov, 72-öz qapısına.
“İmişli” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.30.

Turan Tovuz – Qəbələ 1:0
Aleks Souza, 54.
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 4:+1=2-1, 5:6.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov
Bakı, “Azərsun Arena”. Saat 19.00.

14 sentyabr
Şamaxı – Karvan-Yevlax

“Şamaxı” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı, şəhər stadionu. Saat 16.30.

Sabah keçiriləcək ilk oyunda mövsümə qənaətbəxş nəticələrlə start verən bölgə təmsilçiləri qarşılaşacaq. Həqiqətən də həm “Şamaxı”, həm də “Karvan-Yevlax” döyüşkən oyun tərziylə diqqəti çəkməklə yanaşı, istəyinə nail olmaqda ciddi çətinliklə üzləşmir. Bu baxımdan Şamaxıda baxımlı matç izləyəcəyimizə şübhə yoxdu. Qarşılaşmanın hansı komandanın qələbəsiylə bitəcəyini təxmin etmək çətin olsa da, “şirlər”in premyer-liqa təcrübəsi özünü göstərə bilər. Şamaxılı azarkeşlərin kollektivə olan dəstəyini də nəzərə alsaq, “Karvan-Yevlax” ciddi sınaq qarşısındadı. Lakin qonaqların ötən mövsüm aldığı tərəfdar yardımını da hesabdan silmək olmaz. Qısası, “Şamaxı” – “Karvan-Yevlax” matçını izləməyə dəyər!

Neftçi – Sabah
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 14:+7=2-5, 19:12.
2018/19 – 2:0, 3:0; 2019/20 – 1:1, 4:0; 2020/21 – 1:0, 2:1; 2021/22 – 1:2, 1:0; 2022/23 – 2:3, 1:0; 2023/24 – 0:1, 0:1; 2024/25 – 0:2, 1:1.
Cəzalı: İqor Ribeyro (Neftçi).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı, “Neftçi Arena”. Saat 19.00.

Göründüyü kimi, tura paytaxt derbisiylə yekun vurulacaq. Bir tərəfdə hələ mövsümdə ilk qələbəsini qazana bilməyən “Neftçi” varsa, qarşısında “doğma divarlar” arasında “İmişli”yə uduzaraq futbol ictimaiyyətini şoka salan “Sabah”ı görürük. Bəli, son iki mövsümdə qazanılan nəticələrə nəzər salsaq, “bayquşlar”ın qələbəyə daha yaxın olduğunu deyə bilərik. Ancaq “ağ-qaralar”, xüsusən, baş məşqçi Samir Abasov üçün xal itirmək limitinin tükənmək üzrə olduğu bəllidi. Düzü, “Sabah” son günlərdə gerçəkləşdirdiyi transferlərlə gözünün yuxarılarda olduğunun mesajını ötürüb. Belədə “Neftçi Arena”dan azı bir xalla qayıtmaq üçün son saniyələrə qədər mübarizə aparacağına şübhə qalmır. Meysan sahiblərinə gəlincə, kollektiv son iki mövsümdə biləyini bükə bilmədiyi Masazır təmsilçisini məğlub etməyə, bununla həm də “futbol ili”də ilk qələbəsini qazanmağa çalışmalıdı. Bəs “Neftçi” bir daşla iki quş vurmağa nail olacaqmı? Bunu zaman göstərəcək.

Komandalar indiyə qədər 27 dəfə üz-üzə gəlib. Bunların 13-də “ağ-qaralar”, 8-də “bayquşlar” üç xala yiyələnib, 6-da “sülh” qeydə alınıb. Topların nisbətində “Neftçi” öndədi – 34:22.

KƏNAN BAHADIR

1. Araz-Naxçıvan 4 3 1 0 7-3 10
2. Zirə 4 2 2 0 9-3 8
2. Sumqayıt 3 2 1 0 5-1 7
4. Turan Tovuz 3 2 0 1 3-2 6
5. Qarabağ 3 1 1 1 3-2 4
6. İmişli 3 1 1 1 1-1 4
7. Karvan-Yevlax 3 1 1 1 4-5 4
8. Sabah 2 1 0 1 2-2 3
9. Şamaxı 3 0 2 1 3-4 2
10. Neftçi 3 0 2 1 1-2 2
11. Qəbələ 3 0 1 2 3-5 1
12. Kəpəz 4 0 0 4 2-13 0

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Qəbələ” son 6 görüşdə qol vurub. “Turan Tovuz”un son üç ev oyununda hər iki komanda fərqlənib.
// “Sabah” son 8 matçda uduzmayıb. Son 10 qarşılaşmada ikidən çox qol olmayıb.

Seçilən
61
1
football-plus.az

2Mənbələr