AZ

Tbilisidə "Vizasız rejimi qoruyaq" adlı aksiya keçirilir

Tbilisidə "Vizasız rejimi qoruyaq" adlı aksiya keçirilir.

“İki sahil” xəbər verir ki, əvvəlcə aksiya iştirakçıları Tbilisi Dövlət Universitetinin qarşısında toplaşıb, daha sonra Rustaveli prospekti boyunca parlamentə doğru yürüş ediblər.

Aksiyanın şüarları "Rusiya rejiminə yox", "Vizasız rejimi qoruyaq" olub. İştirakçıların əlində müxtəlif məzmunlu plakatlar, həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqları var.

Etirazçılar Melikişvili prospektində Kaxa Kaladzenin seçki qərargahı qarşısında da dayanaraq müxtəlif şüarlar səsləndiriblər.

Aksiyada müxalifət partiyalarının nümayəndələri də iştirak edir. Onların arasında 4 oktyabr seçkilərini boykot etmək istəyən partiyaların təmsilçiləri də var.

Seçilən
12
3
ikisahil.az

4Mənbələr