ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Ağdamda minik maşını traktora çırpılıb.Bizim.media-nın yerli müxbiri xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində baş verib."Hyundai" markalı minik maşınının traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Xəsarət alanlarla bağlı TƏBİB məlumat yayıb.“Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır”, - məlumatda qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.