AZ

Naxçıvan televiziyasında “Jurnalistika təlimi” layihəsi davam edir

Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Televiziyasının birgə təşkilatçılığı ilə gənclər üçün nəzərdə tutulan “Jurnalistika təlimi” layihəsi davam etdirilir.

Layihənin 12-ci günündə Naxçıvan televiziyasının baş redaktoru Aysun Məmmədli, “Xəbərlər” proqramının aparıcısı Xanım Rüstəmzadə  müxtəlif mövzular üzrə interaktiv təlimlər keçiblər.

14 gün davam edəcək intensiv proqram iştirakçıların nəzəri və praktiki biliklərini artırmaq, onları müasir media texnologiyaları ilə tanış etmək və peşəkar mühitə hazırlamaq məqsədi daşıyır. Proqramı uğurla başa vuranlara diplomlar təqdim ediləcək, ən aktiv iştirakçıya isə Naxçıvan Televiziyasında staj imkanı yaradılacaq.

Səbuhi HƏSƏNOV

 

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr