BAKI, 13 sentyabr. TELEQRAF
Ukrayna ilə sərhədə yaxın yerləşən Rumıniyanın Tulça şəhərinin sakinləri mümkün obyektlərin düşməsi barədə xəbərdar ediliblər.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Antena 3 CNN” telekanalı məlumat yayıb.
“Hava məkanından əşyaların düşməsi mümkündür. Sakit olun. Zirzəmilərdə və ya mülki müdafiə sığınacaqlarında gizlənin. Sığınacaq olmadıqda, evin içində qalın, pəncərələrdən və xarici divarlardan uzaq durun. Təxmin edilən müddət: 90 dəqiqə”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Polşa sərhədinə bilavasitə bitişik olan Ukrayna bölgələrində pilotsuz uçuş aparatlarının (PUA) aktivliyinin aşkar edilməsi ilə əlaqədar olaraq, Polşa qırıcılarının havaya qaldırıldığı barədə xəbər yayılmışdı.
Əməliyyatda həm Polşa, həm də NATO aviasiyasına məxsus təyyarələrin iştirak etdiyi bildirilir.