AZ

“2030-cu ilə qədər millidə qalmaq əla olardı”

Karlo Ançelotti Braziliya millisində uzun müddət çalışmaq niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis burada xoşbəxt olduğunu bildirib:

“2023-cü ildən bəri Braziliya millisinin baş məşqçisi olmaq istəyirdim. Komandanı dünya çempionatına hazırlamaq çox xüsusi bir hissdir.

Mən bir illik müqavilə imzaladım və həmin anda bu, düzgün qərar idi. Mundialdan sonra hər kəs öhdəliklərdən azad olacaq.

Federasiya əməkdaşlığı davam etdirmək istəsə, mənim üçün problem olmayacaq. Burada xoşbəxtəm, ailəm də həmçinin.

Bu barədə düşünə bilərik. Mən Braziliya millisində işimi davam etdirməyə qarşı deyiləm. 2030-cu ilə qədər qalmaq əla olardı”.

Bu ilin may ayında Braziliya millisinin “sükanı arxasına” keçən italiyalı baş məşqçinin müqaviləsinin müddəti DÇ-2026-nın sonuna qədərdir.

Seçilən
1
sportinfo.az

1Mənbələr