AZ

Nəvəsinin "lotereya" oynamağı ona baha başa gəldiVİDEO

Nəvəsinin "lotereya"ya cəlb etdiyi şəxslərin pulu verilmədikdə borcu özü ödəməli oldu... İndi isə həmin məbləği təşkilatçıdan ala bilmir...

Bu iddia ilə paytaxt sakini Sevil Yaqubova "Xəzər Xəbər"ə müraciət edib. O bildirib ki, 2022-ci ildə nəvəsinin tanışı olan Əfsanə adlı şəxs lotoreya oynamaq istədiyini deyib. Bunun üçün də nəvəsindən bir neçə nəfər iştirakçı tapmağı xahiş edib. Daha sonra isə nəvəsinin tapdığı adamlardan 500, 600 manat və müxtəlif məbləğlərdə pul əldə edib. Həmin şəxslərə lotoreyanı qaytarmalı vaxtda isə müxtəlif bəhanələrlə pulu olmadığını bildirib.

Sevil Yaqubova deyir ki, nəvəsi tapan həmin şəxslərə Əfsanənin əvəzinə 1300 manat "lotoreya" pulunu verib. Əfsanə də bu məbləğin müəyyən hissəsini geri qaytarsa da, 600 manatını 3 ildir ki, vermir.

Məsələ ilə bağlı məsələdə adı halanan Əfsanə ilə biz də əlaqə saxladıq. O "Xəzər Xəbər"ə bildirdi ki, Sevil Yaqubovaya borclu olduğu 600 manatı ayın sonunda ödəyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
1
xezerxeber.az

2Mənbələr