BAKI, 13 sentyabr. TELEQRAF
Pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanına daxil olması qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio hadisəni şərh edərkən söyləyib.
ABŞ xarici siyasət idarəsinin rəhbərinin fikrincə, dronlarla bağlı hadisənin günahkarı Rusiyadır. Lakin o, dronların Polşa ərazisinə qəsdən göndərilməsinin hələ də aydın olmadığını qeyd edib.