Yeniyetmə maşını aşırdı, sinif yoldaşı həyatını itirdi.
Xezerxeber.az xəbər verir ki, qəza Ağdam rayonunun Səfərli kəndi ərazisində baş verib. Belə ki, ötən gün Böyükbəyli kənd sakini 14 yaşlı Əli Məmmədli atasına məxsus "VAZ-21 115" markalı 90 NG 609 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb. Avtomobildə olan Əlinin həmkəndlisi və sinif yoldaşı, 2011-ci il təvəllüdlü Adəm İsmayılzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bəzi valideynlər azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar.
O da qeyd olunub ki, belə məsuliyyətsiz əməllər qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli bir addımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.