AZ

İtaliya A Seriyası: Yuventus İnter matçında qol dueli

ain.az bildirir, Oxu.az portalına istinadən.

İtaliya A Seriyasının 3-cü turunda "Yuventus" və "İnter" qarşılaşıb.

Oxu.Az xəbər verir ki, İtaliya derbisi qarşılıqlı qollarla keçib və 4:3 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Yuventus"un müdafiəçisi Lloyd Kelli 14-cü dəqiqədə hesabı açıb. "İnter"in kapitanı Hakan Çalhanoğlu 30-cu dəqiqədə bərabərliyi təmin edib.

Kənan Yıldız 38-ci dəqiqədə uzaq məsafədən vurduğu zərbə ilə meydan sahiblərini hesabda önə keçirib. Lakin Çalhanoğlu 65-ci dəqiqədə yenidən matçda tarazılıq yaradıb.

76-cı dəqiqədə Markus Türamın dəqiq zərbəsi Milan təmsilçisini oyun ərzində ilk dəfə önə keçirib. Lakin 83-cü dəqiqədə Hefren Türamın cavab qolu ilə matçda hesab yenidən bərabərləşib - 3:3.

Nəhayət, 90+1-ci dəqiqədə meydan sahiblərindən Vasilie Adziç "Qoca sinyora"ya qələbəni təmin edən qola imza atıb - 4:3.

Bu nəticədən sonra "Yuventus" 9 xalla turnir cədvəlində liderliyə yüksəlib, "İnter" isə üç xalla 11-cidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
oxu.az

4Mənbələr