AZ

Yarmarkadan bazarlıq ucuz başa gəlir, yoxsa bazardan?VİDEO

Məhsul bol, qiymət fərqli…

Xezerxeber.az xəbər verir ki, söhbət bazarlarla yarmarkalarda satılan məhsulların qiymət fərqindən gedir. Kimisi məhsulların yarmarkada, kimisi də bazarda ucuz olduğunu deyir.

Paytaxtda "Keşlə fermer bazarı" kimi tanınan ticarət obyektində həftəsonu yarmarkası təşkil edilib. Bölgələrdən paytaxta məhsul gətirən satıcılar deyirlər ki, ötən illərdən fərqli olaraq bu məhsul boldur. Bu da qiymətə təsir edir.

Öyrəndik ki, "Keşlə fermer bazarı"nda təşkil edilən yarmarkada kənd toyuğu 6-7 manata, bazarda isə 10 manata satılır. Yarmarkada 6 manata satılan pendir bazarda 9-10 manata satışa çıxarılır. Kartofun qiyməti yarmarkada 50-70 qəpik, bazarda 90 qəpik-1 manatadır. Soğanı həm yarmarkada, həm də bazarda demək olar eyni qiymətlərə tapmaq mümkündür, qiyməti 50 qəpik-1 manat arasında dəyişir. Bibər yarmarkada 1 manata, bazarda isə 50-60 qəpiyə satılır. Pomidorun da qiyməti bazarla yarmarkada demək olar ki, eynidir. Onu da qeyd edək ki, bazarlardan fərqli olaraq yarmarkalarda ət məhsulları satışa çıxarılmır.

Alıcılar da bazarla yarmarkalarda qiymət fərqi olduğunu deyirlər. Onların fikrincə, qiymət fərqi məhsula görə dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr