Qətərdə yaşayan HƏMAS rəhbərləri Qəzza xalqının vəziyyətinə əhəmiyyət vermirlər.
“İki sahil” xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
O qeyd edib ki, HƏMAS rəhbərliyi "müharibəni sonsuzadək uzatmaq üçün bütün atəşkəs cəhdlərini bloklayıb".
"Onlardan (HƏMAS rəhbərliyindən - red.) qurtulmaq isə bütün girovlarımızın azad olunmasının və müharibənin sona çatmasının qarşısındakı əsas maneəni aradan qaldırmaq deməkdir", -Netanyahu vurğulayıb.