AZ

Ağdamda minik avtomobili ekskavatora çırpılıb, yaralılar var​​​​​​

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonunun Baş Qərvənd kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili və “Volvo” markalı ekskavator toqquşub, 2 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.

Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
18
12
ucnoqta.az

10Mənbələr