
Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı vəsatət qaldırsa da, hakim razılaşmayıb.
Təqsiri sübuta yetirilərsə, Burçuladzeni 9 ildən 12 ilədək həbs gözləyir.
Qeyd edək ki, 2025-ci ilin yanvarında o, həyat yoldaşı ilə İspaniyada 544 min avroya evli torpaq sahəsi alıb. Bu məbləğin mənşəyi qanuni olaraq qeydə alınmayıb. Sonradan məbləğin mənbəyini gizlətmək məqsədilə 2024-cü ildə keçmiş müdafiə nazirinin həyat yoldaşı ilə üçüncü şəxs arasında Tskneti kəndində yerləşən daşınmaz əmlaka dair qondarma alqı-satqı əməliyyatı həyata keçirilib. Keçmiş müdafiə naziri ümumi məbləği 1 milyon 593 min 212 lari olan qanunsuz və əsassız gəlirləri leqallaşdırmaqda ittiham olunur.