AZ

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib - YENİLƏNİR

Bu gün Zaqrebdə (Xorvatiya) sərbəst güləş üzrə dünya çempionatı start götürüb. Turnirin ilk günündə Azərbaycan millisinin dörd idmançısı döşək üzərinə çıxıb.

İdman.biz-in məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan Giorgi Meşvildişvili ikinci dövrədən start götürərək, özbəkistanlı Həsənboy Rəhimovu 7:0 hesabı ilə məğlub edib. 1/4 finalda o, macarıstanlı Vladislav Baytsayevə qalib gələrək nəticəni təkrarlayıb. Yarımfinalda azərbaycanlı polşalı Robert Baranla qarşılaşıb.

Güləşçimiz bu görüşdə 2:0 qalib gələrək ilk dəfə olaraq finala yüksəlib.

70 kq çəki dərəcəsində Kənan Heybətov Əmirməhəmməd Babək Yazdaniçeratini (İran) - 15:4 və Şennon Heron Hannanı (Baham adaları) 10:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda hesab üstünlüyünə baxmayaraq, ermənistanlı Arman Andreasyana uduzub - 6:8.

Arseni Cioyev (86 kq) Etan Adrian Ramosu (Puerto-Riko) məğlub etdikdən sonra — 5:2, 1/4 finalda yaponiyalı Hayato İşiquroya uduzub — 8:13. 61 kq çəki dərəcəsində birinci raunddan yan ötürmə ilə başlayan Nurəddin Novruzov Əhməd Məsud Mohammadnejadjavana (İran) uduzub — 2:5.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr