ŞƏHİDİN ANIM GÜNÜ QEYD OLUNUB
2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan, "Vətən uğrunda" medalı və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş Əli Əliyevin xatirəsi şəhadətinin ildönümündə Naxçıvan ictimaiyyəti tərəfindən yad edilib.
"Naxçıvan Şəhid Ailələri İctimai birliyi" nin mətbuat xidməti bildir ki, Şərur Rayon İcra Hakimiyyətinin, Naxçıvan MR Ali Məclisi deputatlarının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, digər şəhidlərinin ailə üzvləri, rayonun digər şəhid ailələri, məktəblilər və ictimayət nümayəndələri, şəhidin uyuduğu Şərur şəhər Şəhidlər Xiyabana gəlmiş, Azərbaycan Respublikasının Milli Dövlət Himninin səsləndirilməsinin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediblər. Şəhidin məzarı üzərinə əklil və gül dəstələri qoyularaq, xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra digər şəhid olmuş qəhrəman Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına güllər qoyulub.
Tədbirdə çıxış edənlər şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Əlinin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edərək Allahdan onlara səbr diləyib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildiriblər ki, prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilmiş, haqq-ədalət bərpa olunub.
Məktəblilər vətənpərvərlik ruhunda yazılmış şeirləri səsləndiriblər.
Sonda Vətən şəhidi atası Cavad Əliyev çıxış edərək oğlu ilə qürur duyduğunu bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə minnətdarlığını ifadə edib.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta