AZ

On minlərlə fələstinli Qəzzadan təxliyə edilib

Son sutka ərzində on minlərlə fələstinli Qəzza şəhərindən təxliyə edilib.

"Report" "Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

Bildirilib ki, hesablamalara görə, son həftələrdə şəhəri tərk edənlərin ümumi sayı təxminən 280,000 nəfərə çatıb.

Qeyd edək ki, İMQ-nin Qəzzaya genişmiqyaslı hücuma hazırlaşmasından əvvəl burada təxminən 1 milyon fələstinlinin yaşadığı təxmin edilirdi.

Mülki şəxslərə Qəzza zolağının cənubunda İsrail tərəfindən müəyyən olunmuş humanitar zonaya doğru hərəkət etmələri göstərişi verilib.

Seçilən
2
6
qaziler.az

7Mənbələr