AZ

Bakıda 2026-cı ildə U-17 Dünya güləş çempionatı keçiriləcək

Dünya Güləş Birliyi (UWW) 2026-cı ildə dünya və qitə güləş çempionatının keçiriləcəyi şəhərləri açıqlayıb.

İdman.biz-in məlumatına görə, əsas qərarlardan biri 17 yaşadək güləşçilər arasında dünya çempionatının Bakıda keçirilməsi olub.

Yarışlar 2026-cı il iyulun 27-dən avqustun 2-dək keçiriləcək. Bu, Azərbaycanın paytaxtında güləş üzrə keçiriləcək növbəti böyük turnir olacaq: Daha əvvəl paytaxtımızda yunan-Roma güləşi üzrə Dünya Kuboku (2022) və Avropa Olimpiya Təsnifat Turniri (2024) keçirilib.

İdman.biz

Seçilən
3
1
idman.biz

2Mənbələr