AZ

İran, Hindistan və Özbəkistan arasında ilk dəfə Tehranda üçtərəfli siyasi məsləhətləşmələr keçirilib

İran İslam Respublikası, Hindistan Respublikası və Özbəkistan Respublikası arasında siyasi məsləhətləşmələrin ilk üçtərəfli görüşü şənbə günü Tehranda keçirilib.

Operativ Media bu barədə "Mehr" agentliyinə istinadən xəbər verir.

Məsləhətləşmələr çərçivəsində təşkil olunan toplantı üç ölkənin xarici işlər nazirliklərinin regional baş direktorları səviyyəsində baş tutub.

İran nümayəndə heyətinə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru Məhəmməd Rza Bəhrami, Hindistan nümayəndə heyətinə Hindistan Xarici İşlər Nazirliyinin birgə katibi Anand Prakaş, Özbəkistan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Asiya və Şərq Departamentinin rəhbəri Qulamjon Primkulov rəhbərlik edib.

Tərəflər görüşün keçirilməsindən məmnunluq ifadə edərək, qarşılıqlı maraqların təmin olunması, regionda firavanlıq və rifahın təşviqi baxımından bu formatın müntəzəm və illik əsasda davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
7
operativmedia.az

1Mənbələr